17 yanvar 2026-cı il tarixində Şahdağın zirvəsində Digital Move festivalı uğurla baş tutdu. Bu, Solong tərəfindən keçirilən üçüncü qış elektron musiqi festivalı idi və qısa müddət ərzində regionun ən diqqətçəkən musiqi hadisələrindən biri kimi formalaşmış mövqeyini yenidən təsdiqlədi.
Festival Digital Residence layihəsinin baş tərəfdaşlığı ilə reallaşdı və elektron musiqi, texnologiya, eyni zaman unikal təbii landşaftın vahid mədəni platformada necə birləşə biləcəyini nümayiş etdirdi.
İki format — bir hərəkət
Digital Move konsepti iki musiqi formatı — Light Side və Dark Side üzərində qurulmuşdu. Hər iki format elektron musiqi səhnəsinin fərqli tərəflərini təqdim edirdi.
Günün Light Side hissəsi 2351 metr yüksəklikdə keçirildi və festivalın əsas məqamlarından birinə çevrildi. Dağda - açıq hava məkanında beynəlxalq elektron musiqi auditoriyasına yaxşı tanış olan Eli Nissan çıxış etdi. Onun seti, eləcə də Bora və Gareden-in performansları gündüz saatlarında enerjili ritm yaradaraq Şahdağın atmosferi ilə üzvi şəkildə uyğunlaşdı.
Axşam saatlarında festival Dark Side formatında davam etdi və daha dərin, intensiv səslənmə təqdim olundu. Gecə proqramında Tal Fussman, Estgamin və Reef (B2B Hazi Karim) çıxış edərək tədbirin musiqi hissəsini güclü klub dinamikası ilə tamamladılar.
Digital Residence: musiqinin sərhədlərini aşan rəqəmsal fəlsəfə
Digital Residence — Smart Living konsepsiyası, IT ekosistemi, SPA & Wellness infrastrukturu və intellektual rəqəmsal həlləri vahid məkanda birləşdirən yeni nəsil müasir layihədir.
Layihə yaşamaq, işləmək və sağlamlıq üçün rahat mühit yaratmağa yönəlib. Digital Residence-dəki mənzillərin 100%-i tam avtomatlaşdırılıb və Smart-idarəetməyə hazırdır. Bura iqlim, işıqlandırma və təhlükəsizlik sistemlərinin mərkəzləşdirilmiş nəzarəti daxildir. Konsepsiyanın əsasını süni intellekt əsaslı həllər, açarsız giriş və məkanın vahid rəqəmsal platforma üzərindən idarə olunması təşkil edir.
Layihənin infrastrukturuna SPA & Wellness zonaları, panoramik zallar, qapalı hovuz (indoor pool), balansın bərpası üçün nəzərdə tutulmuş məkanlar, eləcə də texnologiya, təhsil və biznes sahələrində fəaliyyət göstərən peşəkarlar üçün IT Hub daxildir. Digital Residence Work–Live–Create formatındakı ekosistemi ilə rəqəmsal həlləri təbiət və yüksək komfort səviyyəsi ilə uzlaşdırır.
Dəyərlər üzərində qurulan tərəfdaşlıq
Festivalın baş tərəfdaşı kimi Digital Residence azad özünüifadə, müasir mədəniyyət, texnologiya və kimi ortaq dəyərləri əks etdirən Solong layihəsini dəstəklədi. Bu tərəfdaşlıq festival konsepsiyasını üzvi şəkildə tamamlayaraq elektron musiqi, rəqəmsal estetika və yeni nəsil həyat tərzi arasındakı əlaqəni ön plana çıxardı.
Təşkilatçılıq və komfort
Solong komandası tədbirin logistikasını, transferləri, isinmə zonalarını və gündüz-gecə proqramlarının dəqiq koordinasiyasını təmin edərək qonaqlara qış dağ kurortu şəraitində əyləncəli və komfortlu təcrübə yaşatdı.
Solong bir daha musiqi, məkan və müasir mədəniyyətin kəsişməsində formalaşan elektron tədbirlər üçün Azərbaycanda yeni standartlar müəyyən edən layihə statusunu təsdiqlədi.
Şərhlər