
Azərbaycan Dil Qurumunun reklam lövhələri və xidmət obyektlərinin adları ilə bağlı keçirdiyi monitorinqin nəticələri
Azərbaycan Dil Qurumu İB-in Monitorinq Qrupu paytaxtdakı reklam lövhələri və xidmət obyektlərinin adlarının ana dili normaları baxımından monitorinqini keçirib. Monitorinq 2013-cü il iyunun 12-dən 20-ə qədər olan dövrü əhatə edib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə eyni niyyətlə keçirilən monitorinq Bakının mərkəzi küçə və prospektlərini əhatə etmişdi və monitorinqə cəlb olunan reklam lövhələri və xidmət obyektləri adlarının ümumilikdə 92 faizinin əcnəbi dildə və ya dil normalarının pozulmasıyla yazıldığı müəyyənləşmişdi.
Monitorinq bu dəfə yalnız bir küçə ("28 May" küçəsi) istisna olmaqla, paytaxtın mərkəzdən nisbətən kənar ərazilərində aparılıb.
Ümumilikdə 837 ədəd reklam lövhəsi və xidmət obyekti monitorinqə cəlb edilib və foto-video çəkilişlər aparılıb: bunun 412-si reklam lövhəsi və elan, 425-i isə xidmət obyektidir.
Monitorinqin nəticələri şərti olaraq aşağıdakı kimi qruplaşdırılıb:
1. Firma adlarının orijinalda (ingiliscədə) olduğu kimi saxlanılması
Reklam lövhələri: 186 (45,1 %)
Xidmət obyektləri: 106 (24,9 %)
2. Əcnəbi dildə yazılanlar
Reklam lövhələri (elanlar): 79 (19,1 %)
Xidmət obyektləri: 163 (38,4 %)
3. Yanlış yazılanlar
Reklam lövhələri: 65 (15,7 %)
Xidmət obyektləri: 18 (4,2 %)
4. Mənası anlaşılmayan ifadələr
Reklam lövhələri: 12 (2,9 %)
Xidmət obyektləri: 0
Beləliklə, monitorinqə cəlb edilən reklam lövhələrinin 82.8, xidmət obyektlərinin adlarının isə 67.5 faizində əcnəbi dildə və ya dövlət dili normalarının və orfoqrafiya qaydalarının pozulması ilə yazılışı müşahidə olunub.
Monitorinq Qrupunun qənaəti
Monitorinq Qrupu araşdırmaların nəticəsi olaraq aşağıdakı qeydləri nəzərə çatdırır:







