Xəbər lenti

Dilqəmdən ermənilərə dərs -FOTO
Ölkə09:30 26.02.2015

Dilqəmdən ermənilərə dərs -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Xankəndində azərbaycanlı girovların “apellyasiya məhkəməsi” keçirilib.

Anspress-in məlumatına görə, "məhkəmə" zamanı girov Dilqəm Əsgəov verdiyi açıqlamalarla ermənilərə insanlıq dərsi keçib. Azərbaycanlı girov ona qarşı olan ittihamlara cavab verib:

"Bəli mən doğma torpaqlarımı görə bilmək üçün təmas xəttini keçmişəm. Kəlbəcər rayonuna 6-7 dəfə baş çəkmişəm. Mən Kəlbəcərə gələrkən rastıma çox kişi, qadın və uşaq çıxıb. Amma heç kəsə toxunmamışam. Hərçənd mənim belə bir imkanım var idi", - deyə Dilqəm Əsgərov söyləyib.

Çəkilişlərə gəlincə, Dilqəm Əsgərov bunda bir cinayət əlaməti görmədiyini söyləyib. Onun sözlərinə görə, bu videoların internetə yerləşdirilməsindən xəbərsizdir:

"Mənə belə ittihamlar edilir ki, sanki mən Bin Laden və ya Şamil Basayevəm", - deyə o bildirib.

Dilqəm Əsgərov yoldaşı Şahbaz Quliyevin də tamamilə günahsız olduğunu söyləyib. Azərbaycanlı girov qətllə bağlı ittihamları tamamilə inkar edib:

"Mən Şahbazı çoxdan tanıyıram. Onun günahsız olduğuna əminəm. Şahbaz Quliyev cinayət törədə biləcək adam deyil".

Dilqəm Əsgərov sonda bu qətl əməllərini törətmədiyini bildirib və azad olunmalarını tələb edib. O bildirib ki, ona ömürlük həbs cəzası verməkdənsə, ya azad edsin, ya da güllələsinlər. 

Qaynar.info