Xəbər lenti

Dilqəmin yeni Kəlbəcər videosu - VİDEO
Ölkə12:07 23.07.2014

Dilqəmin yeni Kəlbəcər videosu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin yeni videosu yayılıb. ANS PRESS-in məlumatına görə, kadrların 2009-cu ildə Kəlbəcərin Şaplar kəndində çəkildiyi bildirilir.

Kəlbəcər videosu "YouTube" video portalında yerləşdirilib.

Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün ikinci Mədinə, Məkkə olduğunu deyib.

Daha sonra kəlbəcərlilər hündürlükdən viran qalmış kəndlərini izləyiblər.

Qeyd edək ki, D.Əsgərov, Ş.Quliyev və H.Həsənov ermənilər tərəfindən Kəlbəcərdə girov götürülüb.
Ermənilər H.Həsənovun öldürüldüyünü deyirlər. Yaxınlarının məzarını ziyarət etməyə gedən və düşmənə girov düşən azərbaycanlılar haqqında cinayət işi açıldığı iddia edilir.

Qaynar.info