Xəbər lenti

DİM abituriyentlərə müraciət etdi
Ölkə06:39 18.04.2017

DİM abituriyentlərə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət İmtahan Mərkəzi (DİM) ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən "Report"a veriən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər.

Qaynar.Az