Xəbər lenti

DİM bu imtahanın nəticələrini açıqladı
Ölkə13:30 23.12.2018

DİM bu imtahanın nəticələrini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət İmtahan Mərkəzi bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Qaynarinfo Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
Nəticələrə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 324 nəfər imtahanda iştirak edib.