Xəbər lenti

DİM-dən ali məktəblərə qəbul olanlara xəbərdarlıq
Ölkə07:15 27.08.2018

DİM-dən ali məktəblərə qəbul olanlara xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır.
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya daxil olan məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər 28 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.