Xəbər lenti

DİM sədrindən koronavirusa yoluxmuş abituriyentlərə xəbərdarlıq
Ölkə11:12 25.02.2022

DİM sədrindən koronavirusa yoluxmuş abituriyentlərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronavirusla əlaqəli nəticəsi pozitiv olan şəxslər imtahanlara buraxılmayacaq".
Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, virusa yoluxan şəxslərin məlumatları sistem üzərindən yoxlanılacaq: "Üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlər üçün sentyabr ayında buraxılış imtahanları təşkil olunacaq. Həmin şəxslərə yenidən imtahanda iştirak etmək şansı yaradılacaq".