Xəbər lenti

DİN ana-atasını qanına qəltan edən şəxslə bağlı məlumat yaydı
Ölkə11:03 25.08.2014

DİN ana-atasını qanına qəltan edən şəxslə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi ötən gün Tərtər rayonunda baş verən dəhşətli hadisə barədə məlumat yayıb. 

Ans press-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bayandur kəndində kənd sakini, ruhi xəstə Arzuman Vəliyev münaqişə zəminində atası Rasimə və anası Gülgəzə bıçaqla xəsarət yetirib.

Ağır yaralanan Rasim Vəliyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyib.

Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Vəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info