Xəbər lenti

DİN: Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir (FOTOLAR)
Ölkə11:15 19.12.2020

DİN: Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.