Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Qaynar.info xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun sədrliyi ilə keçirilən iclasda vətəndaşların ərizə və şikayətlərinə baxılması, kadr islahatları, qarşıdakı vəzifələr, nöqsan və çatışmazlıqların aradan qaldırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.
Nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.
Kollegiyadakı müzakirələrlə bağlı geniş məlumatların DİN tərəfindən rəsmi açıqlanacağı gözlənilir.