Xəbər lenti

DİN-də yeni təyinat
Ölkə09:35 28.03.2017

DİN-də yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

"Qaynar" Report-a istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinin rəisi, polis mayoru Zaur Bayramov vəzifəsindən azad olunaraq Nizami Rayon Polis İdarəsi (RPİ) rəisinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Xatırladaq ki, Nizami RPİ-nin bundan əvvəlki rəis müavini Ədalət Əliyev Qazax RPŞ-nin rəisi təyin olunub.

Qaynar.Az