Xəbər lenti

DİN-dən Elşad Abdullayev açıqlaması
Ölkə08:56 31.05.2014

DİN-dən Elşad Abdullayev açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Onun adı İnterpolun qapalı saytında yerləşdirilib” 

“Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin İnterpol tərəfindən axtarışda olmaması haqda yayılan informasiya kökündən yanlışdır”. 

Bunu musavat.com-a açıqlamasında DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib: “İnterpolun ictimaiyyət nümayəndələri üçün açıq olan, yəni hər kəsin girib baxa biləcəyi saytından başqa qapalı rəsmi saytı da var. Həmin sayt ictimaiyyət üçün açıq deyil və ona yalnız hüquq-mühafizə orqanlarının, digər müvafiq qurumların baxmaq imkanı var. İnterpol xətti axtarışa verilmiş şəxslərdən kimin açıq sayta, kimin isə qapalı saytda axtarışa verilməsini istintaq orqanı müəyyən edir. Elşad Abdullayevin adı İnterpolun qapalı saytında yerləşdirilib”.

Qaynar.info