
Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin ATV kanalında yayımlanan “Esra Erolda” adlı evlilik proqramında özünü polis kimi təqdim edən qadın haqda açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Qafqazinfo-ya açıqlamasında deyib ki, proqramda Roza adlı xanım yanlış olaraq özünü polis kimi təqdim edib: “Həmin xanım Azərbaycanın polis orqanlarında işləmir və heç zaman polis əməkdaşı olmayıb”.
Xatıqladaq ki, sözügedən qadın proqramın ən qalmaqallı iştirakçısı kimi tanınır.
Qaynar.info