Xəbər lenti

DİN-dən hərbçinin Gəncəyə buraxılmaması ilə bağlı açıqlama
Ölkə06:00 27.12.2020

DİN-dən hərbçinin Gəncəyə buraxılmaması ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Qaynarinfo verilən məlumatda bildirilir ki, dekabr ayının 25-i gecə saatlarında hərbçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunub, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olub:
"Daha sonra onun video çəkərək polis əməkdaşlarının guya ondan pul istəməsi isə həqiqətə uyğun deyil".