
“Hüseyn Abdullayev barəsində qaldırılan cinayət işinin istintaqı başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.
Bunu Modern.az saytına açıqlamasından Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov deyib. O, sabiq millət vəkili Hüseyn Abdullayevin axtarışa verilməsi rəsmən təsdiqləyib.
“Hüseyn Abdullayev dövlətlərarası və beynəlxalq axtarışa verilib. O, külli miqdarda vergidən yayınmaqda şübhəli bilinir. Bu barədə əlavə məlumat isə Hüseyn Abdullayev barəsində qaldırılan cinayət işinin istintaqı başa çatandan sonra veriləcək”.
Qeyd edək ki, iyunun 26-da hüquq-mühafizə orqanları sabiq deputat H.Abdullayevin axtarış elan edib. H.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Qaynar.info