Xəbər lenti

DİN-dən Oazisdəki dava ilə bağlı açıqlama
Ölkə09:53 03.09.2014

DİN-dən Oazisdəki dava ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi dünən axşam paytaxtın məşhur restoranlarından birində baş verən insidentlə bağlı açıqlama verib. 

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə dünən 23:00 radələrində baş verib: "Hələlik şəxsiyyətləri müəyyənləşməyən iki nəfər xuliqanlıq zəminində 3 nəfəri bıçaqlayıb. Yaralılara ilkin müdaxilə edildikdən sonra xəstəxanadan buraxılıblar, vəziyyətləri yaxşıdır. Hazırda həmin  şəxslərin axtarış tədbirləri davam etdirilir".

***

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Cəfər Xəndan küçəsi-3 ünvanında yerləşən “Oazis” restoranında qeydə alınıb.

1987-ci il təvəllüdlü Bakı şəhər sakini Rauf Mahir oğlu Əsgərov övladının doğum gününü qeyd edərkən restoranda olan Cabir və Sabir adlı şəxslərlə aralarında mübahisə yaranıb. Nəticədə R.Əsgərov bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparılır.

Qaynar.info