Xəbər lenti

DİN-dən polislərin döyülməsi ilə bağlı açıqlama rəsmi
Ölkə13:28 27.05.2014

DİN-dən polislərin döyülməsi ilə bağlı açıqlama rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Masazırda polislərin döyülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır”. 

Bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə dünən gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində “Ailəvi” kafesində baş vermiş insidentdə 3 polis əməkdaşının döyülməsi faktına münasibət bildirərkən dedi. 

Onun sözlərinə görə, bu dezinformasiyadır: “3 polis əməkdaşının döyülməsi faktı məntiqi əsası olmayan şayiədir. Bildirmək istəyirəm ki, dünən gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində ictimai asayişi pozduğuna görə içkili halda olan 3 nəfər saxlanılıb. Saxlanılanlar barədə Abşeron Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun tədbirlər görülüb. Burada polis əməkdaşının döyülməsindən söhbət gedə bilməz”. 

Nazirlik rəsmisi onu da bildirdi ki, adıçəkilən obyektdə əxlaqsızlıq yuvasının olması yalan məlumatdır: “Həmin ərazidə mütəmadi olaraq reydlər keçirilir. Hadisənin baş verdiyi yerdə əxlaqsızlıq yuvası yoxdur. Belə yerlər aşkar olunduqda dərhal ictimaiyyətə bu barədə məlumat verilir”. 

Xatırladaq ki, dünən gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsinin mərkəzində yerləşən “Ailəvi” kafesində dava baş verib.

Qaynar.info