“Novruz Mikayılovun rəis müavini kimi təqdim olunması düzgün deyil, bu informasiya həqiqətdən uzaqdır”.
Bunu virtualaz.org saytına açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuatda Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisinin müavini Novruz Mikayılovun oğlunu hüquq-mühafizə orqanlarında işə düzəldərkən dələduzluqla üzləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
DİN rəsmisi bildirdi ki, N.Mikayılov rəsi müavini yox, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi olub.
O.Mansurzadə N.Mikayılovun 2008-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyini də əlavə etdi.
Qaynar.info