Xəbər lenti

DİN-dən xalq artistinin düşüdüyü ağır qəza bağlı RƏSMİ MƏLUMAT
Ölkə08:25 15.03.2014

DİN-dən xalq artistinin düşüdüyü ağır qəza bağlı RƏSMİ MƏLUMAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü qəza ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01.00 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı və Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qaynar.info