Xəbər lenti

DİN-dən Zaqataladakı insidentlə bağlı açıqlama (VİDEO)
Ölkə10:08 08.05.2020

DİN-dən Zaqataladakı insidentlə bağlı açıqlama (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Zaqatala rayonunda baş verən insidentlə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, hadisə rayonun Kəpənəkçi kəndi ərazisində qeydə alınıb.
O deyib ki, Kəpənəkçi kənd sakini Cavid İsayev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə bir neçə qazı vuraraq öldürüb:
"Daha sonra həmin ərazidə xidmət aparan polis əməkdaşları avtomobili saxlayıb. Araşdırma zamanı məlum olub ki, Cavid İsayev avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. O, polis əməkdaşları ilə mübahisə edib. Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”.
<iframe width="832" height="468" src="https://www.youtube.com/embed/F3fdK3KCrIs" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">