Xəbər lenti

DİN Göygöldə 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yaydı
Ölkə06:20 02.07.2022

DİN Göygöldə 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi "DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.