Xəbər lenti

DİN-in Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırıldı
Ölkə08:30 12.03.2020

DİN-in Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Müvəqqəti Saxlanma Yerlərində saxlanılan şəxslərlə görüşlərə, onlara sovqatların verilməsinə məhdudiyyət qoyulub”.
Qaynarinfo xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə DİN-in Müvəqqəti Saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir və bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb.
E.Zahidov həmçinin əlavə edib ki, saxlanılan şəxslərin vəkilləri ilə görüşünə heç bir məhdudiyyət tətbiq edilmir.