
Daxili İşlər Nazirliyi (DİN) İTV-nin əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Qaynar.info-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 18-də saat 00.30 radələrində Sabirabad rayonu ərazisində Samir Novruzovun idarə etdiyi “Nissan” markalı və Tural Bağırovun idarə etdiyi “Tofaş” markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.