Xəbər lenti

DİN lənkəranlı ruhaniyə xəbərdarlıq etdi - "Facebook"dakı bu çağırışına görə
Ölkə14:11 10.08.2021

DİN lənkəranlı ruhaniyə xəbərdarlıq etdi - "Facebook"dakı bu çağırışına görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, nəzərdə tutulan məhdudiyyətlərlə əlaqəli müəyyən olunan qaydalara etinasız yanaşan, xarici himayədarlarının təsiri ilə Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə Şababa oğlu bu gün "Facebook” profili üzərindən canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.
Bununla əlaqədar R.Axundzadəyə rayon hüquq mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub.  
Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində dini mərasimlərin keçirilməsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir.