
Bloqqer Mehman Hüseynov məhkəməyə verilib.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov yayıb. Vəkil Elçin Sadıqov bildirib ki, Daxili İşlər Nazirliyi Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib və məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub:
"İndi aldığım məlumata əsasən Daxili İşlər Nazirliyi Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. DİN M.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 –ci (təhqir) maddələri ilə ittiham olunmasını istəyib. Məhkəmə hazırlıq iclası sabah saat 10:00-a təyin olunub. Xüsusi ittiham qaydasında şikayət bizə verilmədiyi üçün Mehman Hüseynovun vəkili olaraq məhkəmə iclasını təxirə saldıracam".
Qeyd edək ki, yanvarın 9-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə saxlanılan Mehman Hüseynov məhkəmənin qərarı ilə 200 manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Famil Zərgərli
Qaynarinfo.Az