Xəbər lenti

DİN məlumat yaydı
Ölkə08:26 24.05.2014

DİN məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qobuland” istirahət mərkəzində qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyi Qobustanda istirahət mərkəzində baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.

DİN-dən ANS PRESS-ə verilən məlumata görə, “Qobuland” istirahət mərkəzində qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Mayın 23-də saat 13 radələrində Qobustan rayonu Çalov kəndinin ərazisində yerləşən “Qobuland” istirahət mərkəzində Bakı şəhər sakini Aytən Əzizova idarə etdiyi qolf oyunu üçün nəzərdə tutulmuş avtomobili aşırıb.

A.Əzizovanın sərnişinlərindən orta məktəb şagirdləri, 10 yaşlı Dəniz Qorçu hadisə yerində ölüb, özü və digər sərnişinləri, 11 yaşlı Ayla Hacızadə, 10 yaşlı Dinara Mustafayeva xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

Qaynar.info