Xəbər lenti

DİN meyiti tapılan məktəb direktoru ilə bağlı məlumat yaydı
Ölkə08:39 06.09.2013

DİN meyiti tapılan məktəb direktoru ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi məktəb direktorunun ölümü ilə bağlı məlumat yayıb.

Qaynar.info-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Zərdab rayonu ərazisindəki su kollektorunda, rayonun Fəhlə qəsəbə sakini Adil Nuriyevin üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Nuriyev Adil Dadaş oğlu Zərdabın Bəyimli qəsəbəsi tam orta məktəbinin direktoru olub. Avqustun 5-də A. Nuriyevin yaxınları onun itkin düşməsi ilə bağlı polisə məlumat veriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün saat 16:00 radələrində A. Nuriyevin meyiti rayon ərazisindən keçən su arxından tapılıb.

Qaynar.info