Xəbər lenti

DİN müəllimin şagirdləri məftillə vurması ilə bağlı videonu araşdırır
Ölkə12:10 21.05.2023

DİN müəllimin şagirdləri məftillə vurması ilə bağlı videonu araşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır.
DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.
İdarənin təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.