Xəbər lenti

DİN Nardaranda 32 nəfərin saxlanılmasına münasibət bildirib - Rəsmi
Ölkə13:00 02.03.2016

DİN Nardaranda 32 nəfərin saxlanılmasına münasibət bildirib - Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov  açıqlamasında bildirib k, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-in iddia etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.
“Ölkənin hər yerində olduğu kimi, burda da hər şey öz qaydasındadır, hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, - deyə o bildirib.
Qaynar.info