Xəbər lenti

DİN polisin öldüyü qəza ilə bağlı məlumat yaydı
Ölkə10:16 26.04.2016

DİN polisin öldüyü qəza ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi “Mercedes” və İsmayıl Babayevin idarə etdiyi “Isuzu” markalı (avtobus) avtomobillər toqquşub. 

Nəticədə K.Abbasov hadisə yerində ölüb, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən K.Abbasov mühafizə polisinin əməkdaşı olub.

Qaynarinfo.az