
Daxili İşlər Nazirliyi sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, polis əməkdaşları axtarışda olan silahlı cinayətkarı tutulması istiqamətində əməliyyat həyata keçirərkən təsadüfən orada olan Rəhim Qazıyev səs-küy qaldırmış, polisin qanuni tələblərinə tabe olmamışdır.
Bundan sonra Rəhim Qazıyev saxlanılıb və sonra sərbəst buraxılıb.
Qeyd edək ki, dünən sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması barədə məlumat yayılmışdı.
Qaynar.info