Xəbər lenti

DİN: Vüsal Mirzəyev atasının rəhbəri olduğu idarəyə təyinat almayıb - YENİLƏNİB
Ölkə09:45 08.03.2017

DİN: Vüsal Mirzəyev atasının rəhbəri olduğu idarəyə təyinat almayıb - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin daxili nəzarət idarəsinin şöbə müdiri vəzifəsinə Vüsal Mirzəyev təyin olunub.

O, “İnterpol”un Azərbaycan Milli Bürosunun sabiq rəisi, hazırda DİN-nin daxili nəzarət idarəsinə rəhbərlik edən polis general-mayoru Sahib Mirzəyevin oğludur.

***

Məsələ ilə əlaqədar “Qafqazinfo”nun sorğusunu cavablandıran DİN-nin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə bildirdi ki, general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin daxili təhqiqatlar idarəsinə şöbə müdiri təyin olunmağı barədə yayılan məlumatlar əsassızdır.

O. Mansurzadənin sözlərinə görə, Vüsal Mirzəyev hazırda nazirliyin başqa bir baş idarəsində baş inspektor vəzifəsində çalışır.

Qaynar.Az