
"İnsanları tora salmaq üçün müxtəlif fəndlərdən istifadə edirlər. İş, təhsil, tuzim agentlikləri, elanlar və s. yollarla vətəndaşlar aldanılanaraq insan alverçilərinin qurbanlarına çevrilirlər."
SalamNews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov məlumat verib.
Şöbə rəisi bildirib ki, vətəndaşlar xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmadan öncə bəzi məlumatlara xüsusi diqqət yetirməlidirlər: "Əgər Azərbaycan vətəndaşına xarici ölkədə təhsil almaq təklif olunarsa, bu söz halında həyata keçirilməməlidir. Belə ki, təhsil müəsssisəsi tərəfindən mütləq rəsmi sənədlər təqdim edilməlidir. Təqdim edilən sənədlər isə sadə vətəndaşın başa düşəcəyi dildə olmalıdır".
Onun sözlərinə görə, əgər vətəndaş xaricdə təhsil almağa gedirsə, verilən viza növü tələbə vizası olmalıdır. Bundan başqa təhsil almağa gedəcəyiniz ölkənin Azərbaycanda səfirliyi varsa, mütləq ona rəsmi müraciət etmək və təklif olunan təhsil müəssisəsi barədə məlumat almaq lazımdır: "Əgər həmin ölkənin nümayəndiliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Təhsil Nazirliyinə müraciət edib məlumatları dəqiqləşdirmək lazımdır."
Qaynarinfo.az