Xəbər lenti

DİN yas mərasimləri ilə bağlı vətəndaşlara müraciət etdi
Ölkə12:27 02.03.2022

DİN yas mərasimləri ilə bağlı vətəndaşlara müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.
Qaynarinfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin İctimayətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbənin rəisi Elşad Hacıyev bildirib ki, koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.
"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq", - deyə nazirlik rəsmisi qeyd edib.