Xəbər lenti

Dindarlar Bakının mərkəzində aksiya keçirdi (FOTO)
Ölkə12:48 05.04.2013

Dindarlar Bakının mərkəzində aksiya keçirdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün paytaxtdakı "Nizami" metrostansiyasının ətrafında bir qrup gənc dindar aksiya keçirib.  Sayları 50-ə yaxın gənclərin əllərində “Hicaba azadlıq”, “Hicab məhbuslarına azadlıq” şüarları və məhbus dindarların şəkilləri olub. 

Bu barədə FaktXeber.com-a aksiya şahidləri məlumat verib. Aksiya iştirakçıları "Nizami" metrosunun qarşısından Xarici İşlər Nazirliyinin binasının önünə qədər yürüş edərək, dağılışıblar. 

Qeyd edək ki, sonradan əraziyə cəlb edilən polis əməkdaşları "Nizami" metrosunun ətrafını nəzarətə götürüblər. Aksiya zamanı hər hansı bir insident və qarşıdurma baş verməyib.

Qaynar.info