Xəbər lenti

“Dini Komitədə yoxlama başlaya bilər” – RƏSMİ
Ölkə13:38 06.05.2014

“Dini Komitədə yoxlama başlaya bilər” – RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hesablama Palatasının hansı qurumlarda yoxlamalar aparması iş planı üzrə ilin əvvəlindən bəlli olur və müəyyən etdiyimiz xronoloji ardıcıllıqla aparılır. Hazırkı iş planımızda Dini Qurumlarla iş üzrə Dövlət Komirəsində yoxlamalar aparılması nəzərdə tutulmayıb”.

 Bu sözləri “Axar.az”a açıqlamasında Hesablama Palatasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nailə Qazıyeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad isgəndərovun vəzifədən alınmasından aonra idarədə yoxlamaların başlayacağı barədə xəbəri şərh edərkən dedi. Onun sözlərinə görə, Hesablama Palatası plandan kənar da yoxlamalar apara bilir:

 “Hesablama Palatasının növbədənkənar yoxlamalar səlahiyyəti var. Amma buna əsas olmalı, sorğu verilməlidir. Qanuna görə, Milli Məclis və Prezident tərəfindən hər hansı bir dövlət qurumunda yoxlamalar aparılması üçün  Hesablama Palatasına sorğu verilə bilər. O zaman biz bu sorğulara əsasən həmin qurumlarda müvafiq yoxlamalar aparırıq. Bu baxımdan, hər hansı bir qurumda yoxlamaların aparılma ehtimalı istisna edilmir”.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən alınandan sonra idarənin son iki illik fəaliyyətinin təftiş ediləcəyi barədə redaksiyamıza məlumat daxil olub. 

Qaynar.info