Xəbər lenti

Dini Komitədən vəhabi açıqlaması
Ölkə14:10 25.06.2014

Dini Komitədən vəhabi açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Biz qarşımıza çıxana hər kəsə sən vəhabisən deyirik. O vəhabi olmasa da biz onu belə alandırırıq.” 
Bunu QMİ-də keçirilən din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti buraxılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Qarayev deyib. 
O, qeyd edib ki, vəhabi olmayanlara vəhabi demək lazım deyil: 
“Həmin insan vəhabi olmasa da bizim dediklərimiz ona pis təsir edəcək. Nəticədə o, daha da arqesivləşəcək. Vəhabi olmasa da sonradan vəhabi olacaq. Ona görə biz bu məsələlərdə diqqətli olmalıyıq. Bu problemlərin yaranması üçün din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kursları çox önəm kəsb edir. Din xadimləri həmin kursda maariflənirlər və bunu getdikləri yerlərdə də təbliğ edirlər”.
Qaynar.info