Xəbər lenti

DİP növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar qəbul etdi
Siyasət 15:29 21.12.2023

DİP növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar qəbul etdi

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Qərara əsasən, partiya seçkilərdə öz namizədi ilə iştirak etməyəcək. Lakin partiya üzvləri fəal şəkildə seçki prosesinə qatılacaq, respublika üzrə seçki kampaniyasının gedişini və ümumi seçki prosesini müşahidə edəcəklər. Partiya seçkiləri müşahidə edəcək üzvlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Qərarda o da qeyd edilib ki, partiya üzvləri prezidentliyə namizədlər arasında seçim etməkdə sərbəstdirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->