Xəbər lenti

"Diqlas"dakı sahibkarlar ticarət obyektləri ilə təmin olundu
Ölkə16:50 02.04.2019

"Diqlas"dakı sahibkarlar ticarət obyektləri ilə təmin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə "Aygün” və "Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən "Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.
Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.