Xəbər lenti

Diqqət: Bu yolda radar quraşdırılıb - FOTO
Ölkə06:22 15.10.2014

Diqqət: Bu yolda radar quraşdırılıb - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı dairəvi yolunda yaydan başlayan təmir işləri sentyabrda yekunlaşıb və təmirdən sonra yolda bir sıra dəyişikliklər baş verib.

Day.az xəbər verir ki, yolun xətlərindən birində maksimal hərəkət sürəti 90 km/s-dək artırılıb (əvvəllər 80).

Digər iki xətdə isə icazə verilən hərəkət sürəti 110 km/s təşkil edir.

Daha bir yenilik isə ondan ibarətdir ki, yolda radar quraşdırılıb. Həmin radar sürücünü sürət həddi haqqında məlumatlandıran elektron tabloda yerləşdirilib və kənardan çox çətin görünür.

Həmin görüntüləri təqdim edirik.//Oxu.Az