Xəbər lenti

Direktor müavininin cinayət işi məhkəməyə göndərildi
Ölkə14:12 10.02.2014

Direktor müavininin cinayət işi məhkəməyə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Ələmdar Əliyevin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Ələmdar Əliyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
 
Aparılan istintaqla Ə.Əliyevin aldatma yolu ilə Ağcabədi rayon sakinlərindən onları və ya övladlarını kollecə qəbul etdirəcəyi adı altında illik təhsil haqqı, imtahanlar və diplom üçün ümumilikdə 7 min 500 manat məbləğində vəsaiti ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
 
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qaynar.info