Xəbər lenti

Direktor müavininin meyiti kanaldan tapıldı
Ölkə 10:27 11.09.2025

Direktor müavininin meyiti kanaldan tapıldı

Bərdə rayonunda kanaldan orta yaşlı qadın meyiti tapılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyit sentyabrın 9-u saat 09 radələrində Qarabağ kanalının Alpout kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb.

Ölən şəxsin həmin kəndin 1980-ci il təvəllüdlü sakini Sevinc Əli qızı Vəliyeva olduğu müəyyənləşib.

Tərtər Rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində direktorun təşkilati işlər üzrə müavini olan S.Vəliyevanın hansı şəraitdə kanala düşərək öldüyü məlum deyil.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->