Xəbər lenti

Direktor şagirdi döyən müəllimdən danışdı - “İşdən kənarlaşdırılıb”
Ölkə09:51 16.02.2015

Direktor şagirdi döyən müəllimdən danışdı - “İşdən kənarlaşdırılıb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabunçu rayonundakı 90 saylı orta məktəbin 7-ci sinfində təhsil alan Orxan Həsənovun bədən tərbiyəsi müəllimi Elnur Cəbrayılov tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara məktəb rəhbərliyi münasibət bildirib. 

Məktəbin direktoru Qurbantac Qazıbəyova “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bu məktəbdə yaranmış xoşagəlməz faktdır: “Bununla bağlı istintaq tədbirləri davam etdirilir. Bədən tərbiyəsi müəllimi istintaq getdiyindən bu gün işdən kənarlaşdırılıb. Bir neçə gün  əvvəl isə töhmət alıb. Mən onun işdən çıxarılmasının tərəfdarıyam. Hazırda döyülən şagirdin vəziyyəti yaxşıdır, o dərslərdə iştirak edir”.

Qaynar.info