Xəbər lenti

Direktorun kabinetini dağıdan müəllim cərimələndi
Ölkə 17:17 06.02.2026

Direktorun kabinetini dağıdan müəllim cərimələndi

Lerik rayonunun Züvüç kənd orta məktəbinin direktoru ilə dalaşan müəllim cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, 1982-ci il təvəllüdlü kənd sakini Z.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xulqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Züvüç kənd orta məktəbində müəllim işləyən Z.M .məktəb direktorundan narazı olduğu üçün kabinetinə gedib. O, həmin məktəbin direktoru Sahil Ağayevin iş otağına daxil olaraq münaqişə yaradıb və kabinetində sənədləri dağıdıb. 

Məhkəmədə əməlindən peşman olduğunu bildirən müəllim himayəsində 4 azyaşlı uşağı olduğu üçün bağışlanmasını xahiş edib.
 
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 100 manat miqdarında cərimə edilib.

Aydın
--> -->