Xəbər lenti

Dirilərə qəbir yeri almaq qadağan edildi - Bakıda
Ölkə12:59 01.03.2016

Dirilərə qəbir yeri almaq qadağan edildi - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində yerləşən qəbristanlıqlarda sağ ikən qəbir yeri almaq qadağan olunub.

Bunu Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

“Bundan öncə insanlar sağ ikən özlərinə qəbir yeri ala bilirdilər. Amma hazırda bu qadağan olunub. Kimsə öz yaxınlarının məzarı yanında boş yeri saxlamaq istəyirsə, onların xahişi nəzərə alınır. Amma sağ ola-ola qəbir almaq istəyənlərin müraciətlərinə baxılmır”, - deyə S.Həsənov vurğulayıb.

Qaynar.info