"Dırnaqların mavi rəngə çevrilməsi bədəndəki nasazlığı göstərən bir əlamətdir".
Qaynarinfo xəbər verir ki, bunu ürək-damar cərrahı Anastasiya Akulova deyib.
"Burada müxtəlif variantlar ola bilər: damarların və tənəffüs sisteminin sistemli xroniki xəstəlikləri, qan dövranı problemləri, periferik damarların xəstəlikləri, qan axınının azalmasına və əzaların işemiyasına səbəb ola bilən arteriyaların aterosklerozu, həmçinin ağır venoz çatışmazlıq. Məsələn, siqaret çəkənlərdə baş verən xroniki obstruktiv ağciyər xəstəliyi varsa, dırnaqlar mavi rəngə çevrilə bilər. Və ya əzanın işemiyası zamanı: xəstənin ümumi vəziyyəti pis deyil, ancaq əzada - qolda və ya ayaqda ağrılar onu narahat edir. Mavi dırnaqların ümumi səbəbi inkişaf etmiş vəziyyətdə olan sistemli iltihablı xəstəliklərdir (damar daxil olmaqla), zədə hər iki əl və ya ayaqda simmetrikdir", deyə Anastasiya Akulova bildirib.
Cərrah bu simptom ortaya çıxdıqda həkimə müraciət etməyi gecikdirməməyi tövsiyə edib. Ciddi fəsadların qarşısını almaq üçün xəstəliyi vaxtında diaqnoz etmək vacibdir.
Aydın
Şərhlər