Xəbər lenti

Distant təhsil alan tələbələrin diplomları hüquqi qüvvəyə malikdirmi? - Ekspert
Ölkə08:23 07.01.2021

Distant təhsil alan tələbələrin diplomları hüquqi qüvvəyə malikdirmi? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tələbə əyani və ya qiyabi təhsil formasına qəbul olunubsa, dərslərin keçirilmə üsul və vasitələrindən asılı olmayaraq, diplomları tanınır və hüquqi qüvvəyə malikdir".
Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov distant təhsil alan tələbələrin diplomlarının tanınmamasına aydınlıq gətirərkən deyib. O qeyd edib ki, hazırda Azərbaycanda və dünyada mövcud olan təhsil alma forması distant deyil, tədrisin təşkili distant qaydada həyata keçirilir:
"Yəni, bizim ölkədə hazırda əyani və qiyabi təhsil alan tələbələr dərslərdə və imtahanda onlayn rejimdə iştirak edirlər, onların təhsil almaq forması distant deyil. Həmçinin Təhsil Haqqında Qanun deyir ki, zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada distant təhsilalma forması tətbiq edilə bilər. Narahat olmayın,  diplomlarınızın tanınmaması ilə bağlı heç bir problem yoxdur".
Kamran Əsədov bildirib ki, amma kimsə xarici ölkələrdə distant formada ali məktəblərə qəbul olunubsa, yəni rəsmi təhsil almaq forması distantdırsa, o hələ ki, tanınmır.
Bahar Rüstəmli