Xəbər lenti

Dövlət Departamenti: ABŞ Rusiyanı terrorizmin himayədarı kimi tanımayacaq, lakin...
Dünya 10:34 05.12.2022

Dövlət Departamenti: ABŞ Rusiyanı terrorizmin himayədarı kimi tanımayacaq, lakin...

Vaşinqton Moskvanı terroru himayə edən ölkə kimi tanımaqdansa, başqa üsullarla ona təzyiqləri artırmağa çalışacaq. 

Qaynarinfo xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Rusiya Federasiyasına təzyiqi artırmaq üçün mütəmadi olaraq müxtəlif üsullara müraciət edə bilər.

Blinken qeyd edib ki, Vaşinqton hazırda Rusiyanın terrorizmin sponsorları siyahısına salınması ilə bağlı bəzi çətinlikləri aradan qaldırmağa kömək edəcək qanun layihəsi üzərində işləyir. Dövlət katibi xatırladıb ki, Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birlikdə artıq Moskvaya qarşı görünməmiş sanksiyalar tətbiq edib və Kiyevə həm hərbi təchizatla, həm də raket zərbələri nəticəsində dağılmış infrastruktur üçün ehtiyat hissələrinin tədarükü ilə dəstək verməyə davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti Rusiyanı terrorizmi himayə edən ölkə kimi tanıyan qətnamə qəbul etmişdi. Müvafiq sənəd hüquqi cəhətdən məcburi deyil və məsləhət xarakteri daşıyır.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->