Xəbər lenti

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Ölkə 16:49 17.07.2025

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 30-a təyin edilib və məhkəmənin baxış iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->